Suvarma sistemləri

Suvarma sistemlərinin seçimi problemi, orijinal və, ən başlıcası, keyfiyyətli sistem əldə edib quraşdırmaq istəyən hər kəsi narahat edir. Faktiki olaraq,  savadlı mütəxəssis məsləhəti olmadan, bu problemi həll etmək mümkün deyil, çünki çoxlu sayda bu kimi sistemlər mövcuddur və onların hər birinin öz vəzifələri olduğu kimi, öz üstünlükləri və çatışmazlıqları da vardır. Bütün bunlarla yanaşı, suvarma sisteminin yerləşdiriləcəyi sahənin ölçüsü,  torpağın növü, iqlim şəraiti nəzərə alınmalıdır. Həmçinin sistemin seçimi zamanı bitkilərin növünə xüsusi diqqət yetirmək lazımdır. Və bu, hələ suvarma sistemini seçdidkə nəzərə alınacaq məqamların bir hissəsidir.

Belə sistemlərin qeyri-peşəkar tərəfindən layihələşdirilməsi və quraşdırılması çox vaxt əlavə maliyyə xərclərinə, məhsul itkisinə və, əksər hallarda, bütünlüklə suvarma sisteminin əvəzlənməsinə gətirib çıxarır.

Şirkət mütəxəssislərinin peşəkar yanaşması sayəsində sifarişçilər məhsulun həcmini iki və ya üç dəfə artırmaq imkanını əldə edirlər. Suvarma metoduna düzgün yanaşdıqda, aqronomiya nöqteyi-nəzərindən kənd təsərrüfatı məqsədləri üçün tamamilə yararsız sahədən belə məhsul götürmək mümkündür. Müasir suvarma sistemlərindən istifadəetmə yalnız torpağın rütubətinə deyil, həm də bitkilərə qida verilməsinə, isidilməsinə və s. nəzarət etmək kimi nəhəng imkanlar açır. 

AgroSpace MMC şirkəti, avadanlığın çatdırılması, həmçinin istənilən kənd təsərrüfatı bitkilərinə uyğun olan müxtəlif növdə və mürəkkəblikdə müasir suvarma sisteminin layihələşdirilməsi, quraşdırılması, texniki dəstəyi üzrə xidmətlər təqdim edir.

Eyni zamanda AgroSpace MMC şirkəti aşağıdakı sistemlərin layihələşdirilməsi və quraşdırılması üzrə xidmət göstərir:

  • suvarma sistemləri və istixana kompleksləri üçün avtomatlaşdırma sistemləri
  • böyük suvarma sahələri və istixana təsərrüfatları üçün monitorinq sistemləri.

AgroSpace MMC hətta çatdırılan avadanlığın zəmanət müddəti bitdikdən sonra belə texniki dəstək göstərir. Həmçinin dünya üzrə 130-dan çox aqronomla əməkdaşlıq etməyimiz hər bir sifarişçimizə  aqronomik dəstək tələb etməyə və sifarişlərin qüsursuz şəkildə icrasına əmin olmağa imkan yaradır. Müştərinin arzusu şirkətimiz üçün əsas hərəkətverici qüvvə, tərəfimizdən təqdim edilən və yerinə yetirilən xidmətlərin keyfiyyəti isə sifarişçinin gələcək uğurunun zəminidir.