Su anbarları

Baxmayaraq ki, Azərbaycan su ehtiyatlarıyla zəngindir, kənd təsərrüfatı üçün nəzərdə tutulmuş sahələrin yanında həmişə təbii su mənbəyi aşkar edilmir. Bundan başqa, ilin fəslini nəzərə alsaq, respublikamızdakı çayların və göllərin çoxu yayda dayazlaşır. Sadəcə bu səbəbdən, hətta su mənbəyinin olması bağ, bostan və sahələrin su ilə fasiləsiz təminatına zəmanət vermir. Belə vəziyyətlərdə su anbarlarının yaradılması məsələnin ən yaxşı həlli ola bilər.

Suvarma üçün süni gölün yaradılması müəyyən bilik və bacarıqlar tələb edir, hərçənd ki, ilk baxışda, bu iş sadə görünür. Ancaq su anbarının layihələşdirilməsi bütünlüklə suvarma sisteminin layihələşdirilməsini nəzərə alaraq aparılmalıdır. Hamısı, çox vaxt olduğu kimi əvvəl və ya sonra deyil, eyni vaxtda layihələşdirilməlidir. Anbarın ölçüsünü müəyyən etməzdən əvvəl, onun gələcəkdə yerləşəcəyi yer nəzərə alınmalı və suyun anbara necə və ya haradan çatdırılacağı, hansı suvarma sistemindən (damla, sprinkler, çiləmə) istifadə ediləcəyi  və suvarma üçün neçə kub metr su istifadə olunacağı qabaqcadan müəyyən olunmalıdır. Bütün bu məqamlar nəzərə alınmalıdır, çünki onların hər biri su anbarının layihələşdirilmə strategiyası zamanı tutarlı rol oynayır. 

Torpağın geoloji tədqiqatı növbəti mərhələni təşkil edir və yalnız ondan sonra gələcəkdə quraşdırılacaq anbarın yeri nişanlanır. Əgər tədqiqatlar zamanı göstəricilər norma daxilində olarsa, o zaman çuxur qazılmalı və torpaq sıxlaşdırılmalı olur, həmçinin hidroizolyasiya ilə bağlı tədbirlər görülür. Yuxarıda göstərilən işlər başa çatdıqda, AgroSpace şirkətinin mütəxəssisləri su anbarı sınaq üçün doldururlar.