Qarıışıq suvarma sistemləri

Xidmətlərin xüsusi prioriteti, AgroSpace LLC şirkətinin təklif etdiyi xidmətlərin müstəsna üstünlüyü ondan ibarətdir ki, şirkətimizin mütəxəssisləri suvarma sisteminin layihələşdirilməsi və xərclərin optimallaşdırılmasına xüsusi diqqət ayırırlar. Müxtəlif suvarma sistemlərinin kombinə edilməsi bir sıra şərtlərdə maliyyə baxımından özünü doğruldan yehanə düzgün qərardır. Məsələn, relyef narahat olduğu və genişzolaqlı maşınlarla suvarılacaq bütün maksimal sahəni əhatə etməyə imkan vermədiyi hallarda, AgroSpace şirkətinin mütəxəssisləri əlavə olaraq sprinkler, damla suvarma, həmçinin baraban tipli çiləmə suvarma sistemlərinin istifadəsilə qarışıq suvarma sistemlərini təklif edir.