Genişəhatəli çiləmə maşınları

Hazırda Azərbaycanda ən populyar olan genişzolaqlı çiləmə maşınlarıdır. Bu suvarma sistemi əsasən tarlalarda tətbiq edilir və, adından göründüyü kimi, geniş əkin sahəsini əhatə etmək üçün nəzərdə tutulmuşdur. Çiləmə maşınları böyük maliyyə xərcləri və ya əmək tələb etmir, sistemin köklənməsi və işə salınması isə çox qısa müddətdə həyata keçirilir. Genişzolaqlı maşınlar prosesin avtomatlaşdırması üçün böyük imkanlara malikdir və bu da onların üstünlüyünü təşkil edir. Suvarma prosesinin avtomatlaşdırılması düzgün köklənərsə, suyun qənaətlə paylanmasına nail olunur.

Genişzolaqlı çiləmə maşınları hamar və az maili sahələrdə tətbiq edilir.

Genişzolaqlı çiləmə maşınlarının beş növü mövcuddur:

  • dairəvi çiləmə (pivot) maşınları
  • çoxsahəli çiləmə maşınları
  • frontal tipli maşınlar
  • künc tipli maşınları
  • cıdır tipli çiləmə maşınları.

Azərbaycanda Pivot (suvarma üçün dairəvi maşın) sistemi daha çox populyarlıq qazanmışdır.

Çiləmə maşınlarının üstünlükləri:

  • dayanıqlığın artırılması üçün daha geniş təkər bazası
  • qüllənin üzərinə düşən yükün çox hissəsi alınır və su kəməri borusuna ötürülmür
  • komponentlərin yorulma dərəcəsinin azalması sistemin xidmət müddətini artırır
  • xüsusi konstruksiya qüllədə suyun verilməsini yaxşılaşdırmağa və hündürsaplaqlı bitkilərin zədələnməsini azaltmağa imkan verir
  • daha yüksək məhsuldarlığı təmin etmək üçün hərəkət hamarlığının artımı təsbit edilir
  • suvarma şəbəkəsiylə müqayisədə daha az sərmayə xərclənməsi
  • elektronikanın köməyilə avtomatik idarəetmə
  • müxtəlif köklənə biləcək suvermə rejimlərinin mövcudluğu