Nasos və süzgəc stansiyaları

Sifarişçi suvarma sisteminin, nasos stansiyası növünün və onun layihə üçün tələb olunan qüvvəsinin seçimi ilə müəyyənləşdiyi mərhələdən sonra, növbəti məsələnin - suvarma sistemi üçün süzgəcləmə qovşağı seçimi məsələsinin həlli zamanı gəlir.

Özünü tanıtmış istehsalçılardan alınan süzgəclərin sayəsində bizim quraşdırdığımız suvarma sistemi uzun müddət və səmərə ilə işləyəcək. Onun uzunmüddətli istismarı iki amildən asılıdır: birincisi – insan amilidir, ikincisini isə sistem komponentləri düzgün kökləndiyi halda süzgəcləmə qovşağı təşkil edir. İstismarda tez-tez yaranan problemlər ondan ibarət olur ki, keyfiyyətsiz süzgəclər ya verilən suyu lazımi qaydada süzmür, ya da özləri çox tez sıradan çıxır; süzgəclərin olmaması isə daha ağır nəticələrə, yəni  məhz komponentlərin gözünün müxtəlif qatışıqlarla tutulmasına gətirib çıxarır, bu isə, öz növbəsində, suvarma sisteminin tam olaraq dağılması ilə nəticələnir. 

Biz  uzun illər boyunca bütün dünyada  özünü tanıtmış süzgəcləmə sistemlərinin etibarlı Avropa və İsrail istehsalçılarını Azərbaycanda təqdim edirik. AgroSpace şirkəti çatdırdığı avadanlığı geniş çeşiddə təqdim edir, bu isə, öz növbəsində, hər zövqə və texniki tələblərə uyğun olan sutəmizləmə sistemini seçməyə imkan verir. Su götürülən mənbəyin növündən, suyun kimyəvi və fiziki tərkibindən, həmçinin ehtimal olunan fors-major hadisələrdən asılı olaraq, biz sifarişçilərə suvarma sistemləri üçün aşağıdakı süzgəc növlərini təklif edirik:

  • doldurma qum-çınqıl süzgəcləri
  • hidrosiklonlar
  • torlu süzgəclər
  • diskli süzgəclər

 

Doldurma qum-çınqıl süzgəcləri

Doldurma qum-çınqıl süzgəcləri ən qədim süzgəcləmə üsullarından biridir və bəşəriyyət tərəfindən ta qədimdən istifadə olunur. Süzgəc prinsipi təbiətin özündən götürülmüşdür, burada su qum və çınqıldan keçirilir. Qum doldurucu, çınqıl isə  karkas rolunu oynayır, nəticədə suvarma üçün yararlı, aşkar qatışıqsız və yaxşı keyfiyyətli su alınır.

Bu gün doldurma qum-çınqıl süzgəcləri bir çox suvarma sistemi tipləri üçün ən etibarlı və münasib süzgəcləmə üsuludur. AgroSpace şirkəti öz sifarişçilərinə bu kimi avtomatik, yarıavtomatik və əllə təmizləmə funksiyaları olan aşağı və ya yüksək süzgəcləmə sürətli süzgəc növlərini təklif edir.

 

Hidrosiklon (qumayırıcılar)

Hidrosiklon tipli süzgəclər, torlu və doldurma qum-çınqıl süzgəclərindən fərqli olaraq, suyun qatqılardan təmizlənməsi üzrə texnoloji həlldir. Suyun təmizlənməsi üçün hidrosiklonda mərkəzdənqaçan güvvə istifadə olunur. Suyun təmizlənməsi prosesi ondan ibarətdir ki, aqreqatın korpusuna su verilən zaman o spiral boyunca qovulur və burada mərkəzdənqaçan güvvənin təsiri altında suyun qatqılardan ayrılması, su ilə qatqıların müxtəlif dəliklərdən çıxarılması mərhələsi baş tutur. Suyun təmizlənmə sürəti hidrosiklonların əsas üstünlüyünü təşkil edir. Suyun təmizlənməs keyfiyyətinə gəlincə, bu kimi süzgəclərin quraşdırılmasından əvvəl  mütləq mütəxəssislə məsləhətləşmək lazımdır. Bəzən, hidrosiklonların quraşdırılması və istifadə olunması məqsədəuyğun olmur.

 

Torlu süzgəc

Leysan, sürüşmə və daşqınlar nəticəsində su götürülən mənbəyin içinə tez-tez bütün süzgəcləmə sistemini sıradan çıxara bilən müxtəlif böyük hissəciklər düşür. Bu səbəbdən su əvvəlcə ilkin təmizləmə süzgəcindən keçirilir. Bu halda torlu və ya qəfəsli süzgəclərdən istifadə olunur. Onlar kobud təmizləmə süzgəcləri adlanır.

Torlu süzgəclər də bəzi parametrlərə görə fərqlənir. Yuyulma üsullarından ikisi daha əhəmiyyətlidir - əllə və avtomatik. Biz sifarişçilərə hər iki növ süzgəcləri təklif edirik.

 

Diskli süzgəc

Bugünkü gün diskli sutəmizləmə süzgəcləri ən qabaqcıl texnoloji həll kimi təqdim edilir. Hərçənd ki, bu təmizləmə üsulu kifayət qədər "gənc"dir, o, özünü olduqca etibarlı, enerji sərfiyyatı baxımından səmərəli və qüsursuz təmizləmə üsulu kimi tanıtmışdır. Bu süzgəcin iş prinsipi polipropilendən hazırlanmış xüsusi disklər toplusunun üzərinə suyun verilməsindən ibarətdir: burada su təzyiqlə verilir, disklərin yerləşməsi isə elə hesablanmışdır ki, yad hissəciklərin tutub saxlanılması üçün tələlər və boşluqlar yaransın.

Diskli süzgəclər torlu, doldurma qum-çınqıl süzgəclərndən və hidrosiklonlardan onunla fərqlənir ki, onlarda suyun yüksək sürətlə və əla səviyyədə təmizlənməsi təmin olunur. Onların danılmaz üstünlüyü  korroziyaya uğramasından, aqressiv kimyəvi maddələrin təsirinə, yüksək təzyiqə dayanıqlığından, həmçinin özünütəmizləmə funksiyasına malik olmasından ibarətdir.

Bu gün diskli süzgəclərdən bütün dünyada müxtəlif sənaye sahələrində, həmçinin on minlərlə müəssisədə istifadə olunur. AgroSpace şirkəti öz sifarişçilərinə Avropa, İsrail və digər dünya istehsalçılarının hazırladığı müasir, qabaqcıl süzgəcləmə qovşaqlarını təqdim edir. Biz çatdırdığımız suvarma sisteminin süzgəclərinin çoxillik fasiləsiz işləməsinə zəmanət veririk.

 

Suvarma sistemi üçün süzgəcləri necə seçməli?

Süzgəcləmə qovşaqları suvarma sisteminin vacib komponentidir. Suvarma sistemi üçün süzgəcləri təcrübəli mütəxəssislərin köməyilə seçmək məqsədəuyğundur. Süzgəcləri alıb quraşdırmazdan əvvəl aşağıdakı parametrləri diqqətlə öyrənib təhlil etmək çox vacibdir:

  • hazırda suyun çirklənmə səviyyəsi
  • su mənbəyinin mövsümi çirklənmə dinamikası
  • risklər (leysan, daşqınlar, sel, sürüşmə və s.)
  • suyun lazımi təmizlənmə sürəti
  • lazımi təmizlənmə səviyyəsi
  • suyun kimyəvi tərkibi (bəzən əlavə süzgəclər tələb olunur)
  • süzgəcləmə qovşağınadək suyun çatdırılması hansı üsulla həyata keçirilir.

Sonra, göstərilən məqamları nəzərə alaraq, özünü həm keyfiyyət, həm də qiymət baxımından doğruldan daha uyğun variantın təhlilinə başlamaq lazımdır. Süzgəclərin quraşdırılması üzrə verə biləcəyimiz tövsiyələr zəmanətlidir, həmişə elmi yanaşmaya və təkzibedilməz əsaslandırmaya söykənir.

 

Nasos stansiyası

Suvarma sisteminin əsas və ən əhəmiyyətli elementlərindən birini nasos stansiyası təşkil edir. Nasos stansiyasının keyfiyyətində qənaət etmək qərarı mütləq bütün suvarma sisteminin səmərəliliyinə öz mənfi təsirini göstərəcək, nəticədə bu, xeyli maliyyə itkisinə, məhsulun azalması, bəzən də  tam məhv olmasına gətirib çıxaracaq. Bu səbəbdən, biz yalnız yoxlanmış və etibarlı brendlərə üstünlük verməyi məsləhət görürük.

Nəzərə almaq vacibdir ki, nasos stansiyalarının fasiləsiz və sabit qidalanmasını təmin etmək lazımdır. AgroSpace şirkəti sifarişçilərinə bütün tələblərə cavab verən elektrik və dizel mühərriklərini təklif edir. Bir çox aparıcı təchizatçı-şirkətlər və həmçinin biz elektrik mühərriklli nasoslardan istifadə etməyi məsləhət görürük, çünki onlar əhəmiyyətli dərəcədə daha qənaətlidir. Ancaq yaranmış şərait başqa növ mühərrik əldə etməyə məcbur edirsə, biz həmçinin fərqli  məqsədlər üçün yarayan müxtəlif güclü dizel mühərrikləri ilə təmin olunmuş nasoslar təklif edə bilərik. Bu halda mütəxəssislərimiz hər zaman  artıq xərc çəkməmək üçün sifarişçiyə yardımçı olacaqlar.

Nasos stansiyasının seçimi zamanı mütləq dəqiq hidravlik hesablamalar aparılır. AgroSpace şirkətinin mütəxəssisləri suvarma sistemini layihələşdirərkən ətraflı hesablamalar aparıb, lazımi gücdə nasosları seçməyi məsləhət görürlər. Nasosun sorma hündürlüyünün nəzərə alınması seçim zamanı vacib şərtdir. (fərq su götürülən yerdə və  nasos stansiyasında suyun səviyyəsində olur).

Hündürlük fərqi göstəricisi nəzərə alınmadığı səhv yanaşma sınmaya gətirib çıxarır, çünki nasosda boşluq  və güclü vibrasiya əmələ gəldiyinə görə mühərrik tamamilə dağılır. Belə hal nasos stansiyasının, vaxtında qulluq edilmədikdə isə, bütün sistemin məhv olmasına gətirir.

Biz sifarişçilərə Lowara (1968-ci ildən), Pedrollo (1974-cü ildən), SCOVA (1965-dən) və s. kimi bazarda yer tutmuş və bütün dünyada özünü tanıtmış etibarlı və yoxlanmış şirkətlərin istehsalı olan nasos stansiyalarını təklif edirik.