Sprinkler suvarma sistemi

Suyun çatdırılması növünə görə çiləmə maşınları ilə oxşar xüsusiyyətləri olmaqla yanaşı sprinkler suvarma sistemi xüsusi fərqləndirici funksiyalara malikdir. Öz xüsusiyyətləri ilə onlar tətbiq sisteminə görə damla sistemlərə bənzəyir. Hər iki suvarma sistemi nisbətən kiçik sahələrdə tətbiq edilir.

Xüsusi qənaətçilliyi və əlverişliliyi sayəsində, sprinkler suvarma sistemi çox qısa müddət ərzində populyarlıq qazanmışdır. Sprinklerlər istixana, bostan, bağça, tarla və qazonlarda istifadə edilir. Sprinkler suvarması bitkilərin üzərində hava rütubətini artırır və bununla torpağın temperaturunu aşağı salır. Belə üsul bitkiləri həddən artıq isinmədən qorumağa kömək edir. Bundan başqa, sprinklerlərin köməyilə bitkiləri şaxtalardan qorumaq mümkündür.  

Belə bir fikir var ki, sprinkler suvarma sistemi həm köklənməsi, həm də layihələşdirilməsi baxımından daha sadədir. Bu o zaman doğru sayılar ki, sifarişçini nə bitkilərin, nə də ümumilikdə onların əkildiyi sahənin aqibəti narahat etsin. Sprinklerlərin quraşdırılmasına böyük məsuliyyətlə yanaşmaq lazımdır, çünki ərazinin ölçüsü və torpağın tərkibindən başqa, onun gələcək cücərtilərə güc vermək, əkmələrin sağlamlığını təmin etmək qabiliyyətini nəzərə almaq, həmçinin gələcək və ya yığılan məhsulun yığımı və miqdarı üzrə hesablamaları proqnozlaşdırmaq lazım olur. Növbənöv çiləyicilər mövcuddur, bu səbəbdən onlardan müəyyən vəziyyətə uyğun olanlarını fərdi şəkildə seçmək lazım gəlir.

Sprinklerlərin seçimi zamanı bu sistemin quraşdırılacağı ərazinin ölçüsü nəzərə alınır ki, çiləmə sahəsi həmin ərazini əhatə etsin. Ən vacibi odur ki, artıq səy göstərilməsin. Çox vaxt sprinkler sayının lazımi normanı aşması hallarına rast gəlinir. Birincisi, bu sifarişçi üçün artıq xərcdir, ikincisi isə, artıq su bitkilərin məhv olmasına gətirib cıxarır. Layihələşdirməyə, sahənin və torpağın tərkibinin, iqlim göstəricilərinin, becərilən bitkilərin tələbatlarının nəzərə alınmasına peşəkarcasına yanasdıqda sprinkler suvarma sistemi uzun illər ərzində xidmət edir.

AgroSpace şirkəti sprinkler suvarma sistemlərinin layihələşdirilməsi, quraşdırılması və texniki baxımı üzrə xidmət göstərir. Şirkətin işində bazarın Netafim və Nelson kimi aparıcı istehsalçılarının məhsulu olan komponentlərdən istifadə olunur. Netafim və Nelson kimi dünya istehsalçılarından alınan komponentlərin keyfiyyəti bütün dünya üzrə ən müxtəlif enlikərdə və iqlim şəraitlərində onilliklər boyunca istifadə edilməsi ilə sübuta yetirilmişdir.