AgroSpace şirkəti ayrı-ayrı şəxslərə, ticarət müəssisələrinə, həmçinin dövlət təşkilatlarına "İstifadəyə hazır" layihələrinin hazırlanmasını təklif edir. Bizim xidmətimiz mütləq şəkildə layihənin ətraflı sənədləşməsinin hazırlanmasını,  həmçinin təsdiq edilmiş büdcəyə əsasən smetanın tərtib edilməsini və məhsulun seçilməsini daxil edir. Şirkətimiz istənilən miqyasda və mürəkkəblik dərəcəsində suvarma sistemləri və istixana təsərrüfatları layihələrini hazırlayır. Layihələşdirmə zamanı Azərbaycan Respublikası qanunvericiliyi mütləq nəzərə alınır ki, bu da təqdim etdiyimiz sənədlərdə öz əksini tapır.