OCMIS italyan şirkəti 1970-ci ildə yaranmış, suvarma avadanlığı və dəqiq mexaniki detalların istehsalı ilə fəaliyyətə başlamışdır. Şirkət öz ehtiyatlarını baraban tipli çiləmə maşınlarının istehsalında cəmləşdirməyə qərar vermiş və bazarın bu sektorunda tədricən yer almışdır. OCMIS şirkətinin istehsal etdiyi  çiləmə maşınları "ailəsi"nə bu avadanlıqdan istənilən vəziyyətlərdə istifadə etməyə imkan verən bir sıra model daxildir. Şirkət öz məhsulu üçün istifadə edilən avadanlıq və xammalın yüksək keyfiyyət standartlarına zəmanət verir. Avadanlığın yaxşılaşdırılması üzərində gedən fasiləsiz iş prosesi dünya bazarında şirkətin lider kimi təqdiqlənməsinə imkan verdi.

Videolar

Təqdimatlar