Damla suvarma sahəsində dünyanın aparıcı lideri və istixana təsərrüfatları üzrə yüksək məhsuldarlığına görə seçilən həllər təchizatçısı bizim tərəfdaşımız olan NETAFIM İsrail şirkətidir. Əminliklə qeyd etmək istəyirik ki, şirkət yuxarıda qeyd olunan hər iki sahədə böyük müvəffəqiyyətlə fəaliyyətə başlamışdır.

Dünyada ilk bayır damcılayıcısının yaradılması NETAFIM mühəndislərinin 1965-ci ildə əldə etdikləri uğurlu nailiyyətidir. Şirkətin müvəffəqiyyətli nəticələrinin səbəbi odur ki, o, yarıməsr inadla işləmiş və uğurlu tədqiqatlar aparmışdır. Bu gün üçün NETAFIM mövcud olan bütün torpaq növləri və kənd təsərrüfatı bitkiləri haqqında nəhəng bilik bazası toplamışdır. Şirkətin fəaliyyəti bütün qitələrdə tanınır və bu, onun üçün mühüm və unikal üstünlükdür. Planetin bir çox aqronomları NETAFIM-in keçirdiyi elmi araşdırmalarda iştirak edirlər.